Ukraynada Müstəqillik Günü: Küçələrdə qeyri-adi görüntülər-VİDEO

Ukraynada Müstəqillik Günü: Küçələrdə qeyri-adi görüntülər-VİDEO

Rusiyaya qarşı müharibənin davam etdiyi Ukraynada Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlər zamanı qeyri-adi görüntülər qeydə alınıb.

Xəbər Yerində xarici mediaya istinadən xəbər verir ki, bir qrup gənc yük maşınının kuzovunu su keçirməyən materialla örtərək su ilə doldurub və onu səyyar hovuza çevirib.

Gənclər hərəkətdə olan yük maşınının kuzovunda şəhər küçələri ilə hərəkət edərək mayo və bikinilərdə əyləniblər. Səyyar hovuz şəhər mərkəzində hərəkət edərkən ətrafdakı insanların da diqqətini çəkib.

Kutlama zamanı gənclər musiqi sədaları altında rəqs edib. Onlardan birinin yük maşınının üzərində rəqs etdiyi anlar da görüntülərə düşüb.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir