Hindistanda iPhone faciəsi: ailənin 3 üzvü uçurumdan yıxılaraq öldü-VIDEO

Hindistanda iPhone faciəsi: ailənin 3 üzvü uçurumdan yıxılaraq öldü-VIDEO

Xəbər Yerində xəbər verir ki, Hindistanın Maharaştra ştatında 18 yaşlı Kunal Chandgude və valideynləri faciəli şəkildə həyatlarını itiriblər.

Hadisə Çhatrapati Sambhajinagar şəhərindəki Khavdya təpəsində baş verib. Məlumata görə, Kunal ailəsi ilə mobil telefon məsələsinə görə mübahisə etdikdən sonra təpəyə gedib. İlkin məlumatlarda onun yeni iPhone-un ödənişləri ilə bağlı ailəsindən pul istədiyi bildirilir.

Gəncin təhlükəli vəziyyətdə olduğunu görən valideynləri onun ardınca gedib. Polis, yanğınsöndürənlər və yerli sakinlər də hadisə yerinə cəlb olunaraq təxminən üç saat ərzində onu fikrindən daşındırmağa çalışıblar. Lakin xilasetmə cəhdi faciə ilə nəticələnib və Kunal ilə atası Murlidhar uçurumdan yıxılıblar. Daha sonra anası Sangeeta da həyatını itirib.

İPhone səbəbi ilə bağlı yeni detallar

Hadisədən sonra əsas səbəbin iPhone olduğu barədə məlumatlar geniş yayılıb. Lakin sonrakı araşdırmalarda polis ailədaxili uzunmüddətli problemlərin də faciəyə təsir göstərə biləcəyini bildirib. Məlum olub ki, Kunal 2025-ci ildə də eyni ərazidə özünə zərər verməklə hədələyib və həmin vaxt polis tərəfindən razı salınıb.

Mərhumun xalası isə sosial şəbəkələrdə iPhone məsələsi ilə bağlı yayılan bəzi iddiaların həqiqəti əks etdirmədiyini açıqlayaraq insanları təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.

Milyonçunun jesti sosial şəbəkələrdə gündəm oldu

Bununla yanaşı, sosial şəbəkələrdə Hindistanda bir milyonçunun hadisədən sonra gənclərə pulsuz iPhone payladığı barədə görüntü və paylaşımlar yayılıb. Lakin həmin şəxsin kimliyi və telefonların həqiqətən bu hadisə ilə əlaqədar paylanması barədə hələlik etibarlı media mənbəsində təsdiqlənmiş məlumat yoxdur.

Hadisə ilə bağlı araşdırma davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir