Hava ilə bağlı xəbərdarlıq: külək güclənəcək, temperatur 8 dərəcəyədək enəcək

Hava ilə bağlı xəbərdarlıq: külək güclənəcək, temperatur 8 dərəcəyədək enəcək

Avqustun 26-da Azərbaycanda hava şəraitinin dəyişəcəyi, bir sıra ərazilərdə güclü külək və yağışın müşahidə olunacağı gözlənilir.

Xəbər yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Şimal küləyi arabir güclənəcək.

Paytaxt və Abşeronda gecə 22-26, gündüz isə 29-32 dərəcə isti olacaq.

Dağlıq rayonlarda yağış və leysan gözlənilir

Ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında gündüz saatlarında yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli olacağı və şimşək çaxacağı bildirilir. Bəzi yerlərdə dolu düşəcəyi də istisna edilmir.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, avqustun 26-dan 29-dək dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış davam edə bilər.

Yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bir sıra rayonlarda sarı və narıncı xəbərdarlıq

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında, həmçinin bir sıra rayonlarda küləklə bağlı sarı xəbərdarlıq verilib. Bu ərazilərdə küləyin sürətinin saniyədə 13.9-20.7 metrə çatacağı gözlənilir.

Goranboy, Naftalan, Culfa və Ordubad üçün isə narıncı xəbərdarlıq elan edilib. Həmin ərazilərdə şərq küləyinin sürəti saniyədə 20.8-28.4 metrə çata bilər.

Bununla yanaşı, ölkə üzrə temperaturun əvvəlki günlərlə müqayisədə tədricən 4-8 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir