Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində yaşayan Mirzəyevlər ailəsində bu il ali məktəb sevinci üçqat olub.
Xəbər yerində Modern.az-a istinadən xəbər verir ki, ailənin 39 yaşlı anası Ülkər Mirzəyeva və iki övladı universitetə qəbul olunaraq tələbə adını qazanıblar.
Ülkər Mirzəyeva təhsilini Sumqayıt Dövlət Universitetində davam etdirəcək. O, ali məktəbdə “Sosial iş” ixtisası üzrə oxuyacaq.
Ailənin övladları da qəbul imtahanında yüksək nəticə göstəriblər. Məryəm Mirzəyeva 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub.
Mövlud Mirzəyev isə 570 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə fakültəsində təhsil almaq hüququ qazanıb.
Beləliklə, yeni tədris ilində Mirzəyevlər ailəsinin üç üzvü eyni vaxtda tələbə kimi universitet həyatına başlayacaq.

