Dron hücumuna məruz qalan gəminin azərbaycanlı heyət üzvü Bakıda vəfat edib

Dron hücumuna məruz qalan gəminin azərbaycanlı heyət üzvü Bakıda vəfat edib

Azov dənizində dron hücumuna məruz qalan gəminin azərbaycanlı heyət üzvlərindən biri Bakıda həyatını itirib.

Xəbər Yerində xəbər verir ki, hadisə zamanı xəsarət alan gəmiçi Elvin İbadovun ölüm xəbəri yayılıb. Bildirilir ki, o, hücumdan sonra ciddi psixoloji sarsıntı keçirib.

Elvin İbadov “Natra” gəmisində motorçu kimi çalışıb. Bu ilin iyununda gəmi Qara dənizdə dron hücumuna məruz qaldıqdan sonra o, Azərbaycana qayıdıb.

Həmin hücum zamanı gəminin kapitanı Rəcəb Əhədov da həlak olub. Kapitan Neftçalada torpağa tapşırılıb.

Elvin İbadovun ölümünün dəqiq səbəbləri barədə əlavə məlumat verilməyib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir