Televiziya aparıcısı Elnarə Təhməzova bu il peşə fəaliyyətindən kənar yeni bir istiqamətdə addım atıb.
Xəbər Yerində xəbər verir ki, aparıcı Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə qəbul olaraq tələbə həyatı yaşamağa başlayacaq.
Televiziya rejissorluğu ixtisası üzrə həm bakalavr, həm də magistr diplomu olan Elnarə Təhməzova psixologiyaya uzun müddətdir maraq göstərdiyini deyib. Onun sözlərinə görə, bu sahədə ali təhsil almaq arzularından biri olub və nəhayət, istəyini gerçəkləşdirmək qərarına gəlib.
Təhməzovlar ailəsində bu il təhsillə bağlı ikiqat yenilik yaşanacaq. Belə ki, Elnarə Təhməzova universitetə başlayarkən oğlu Mikayıl da ilk dəfə məktəbə gedəcək.
Beləliklə, ana və oğul üçün yeni tədris ili eyni vaxtda fərqli, lakin hər ikisi üçün mühüm başlanğıcla yadda qalacaq.

