Emin Ağalarov Sea Breeze Uzbekistan-dan yeni görüntülər paylaşdı

Emin Ağalarov Sea Breeze Uzbekistan-dan yeni görüntülər paylaşdı

“Sea Breeze” layihəsinin təsisçisi Emin Ağalarov Özbəkistanda inşa edilən “Sea Breeze Uzbekistan” ərazisindən yeni görüntülər paylaşıb.

Xəbər Yerində xəbər verir ki, Ağalarov videoda Çarvak su anbarının sahilində yerləşən ərazinin təbiətindən danışıb, burada tikinti işlərinin sürətlə davam etdiyini bildirib və layihə çərçivəsində yaradılacaq məkanları təqdim edib.

Görüntülərdə gələcək “Miami Beach” ərazisinin bulvarın tam qarşısında yerləşəcəyi də görünür.

Qeyd edək ki, avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər. Tədbirdə “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin də təməli qoyulub.

“Sea Breeze Uzbekistan” Özbəkistanın Daşkənd vilayətinin Bo‘stonliq rayonunda, Çarvak su anbarının sahilində yaradılır. Layihənin ümumi investisiya dəyəri 5 milyard dollar təşkil edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir