SOCAR-da rəhbərliyin müşavir postuna yeni təyinat həyata keçirilib.
Xəbər Yerində xəbər verir ki, SOCAR prezidenti Rövşən Nəcəfin imzaladığı müvafiq əmr əsasında Səriyyə Bünyatova qurum rəhbərinin müşaviri vəzifəsinə gətirilib.
Yeni vəzifəyə təyin olunan Səriyyə Bünyatova 2023-cü ildən bu günədək SOCAR-ın vitse-prezidentinin müşaviri kimi fəaliyyət göstərib.
O, bundan əvvəl, 2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyində çalışıb.
Mənbə: Nocomment.az

