Baş DYP-dən sürücülərə həftəsonu xəbərdarlığı

Baş DYP-dən sürücülərə həftəsonu xəbərdarlığı

Həftəsonu günlərində yollarda nəqliyyat vasitələrinin sayının artması ilə əlaqədar sürücülərə müraciət edilib.

Xəbər Yerində xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bəzi bölgələrdə yağıntılı və küləkli hava şəraitinin müşahidə olunmasının yollarda təhlükəsizlik baxımından əlavə diqqət tələb etdiyini bildirib.

Sürücülərə yol və hava şəraitini nəzərə alaraq hərəkət sürətini seçmək, avtomobillər arasında təhlükəsiz məsafəni qorumaq və qəfil manevrlərdən uzaq durmaq tövsiyə olunub.

Qeyd edilib ki, yağış zamanı asfalt örtüyünün sürüşkənləşməsi və görünüş məsafəsinin azalması qəza riskini artıra bilər. Küləkli havada isə xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərin idarəetmədən çıxma ehtimalı nəzərə alınmalıdır.

Baş DYP səfərə başlamazdan əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılmasının da vacib olduğunu vurğulayıb. Xüsusilə şinlərin, işıqlandırma sisteminin və şüşəsilənlərin saz vəziyyətdə olması təmin edilməlidir.

Sürücülərdən həftəsonu yollarda daha diqqətli və məsuliyyətli davranmaları, yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir