Formula 1-ə görə metronun iş qrafiki dəyişir – bu stansiyalar gecə 01:00-dək açıq olacaq

Formula 1-ə görə metronun iş qrafiki dəyişir – bu stansiyalar gecə 01:00-dək açıq olacaq

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Metropoliteninin bəzi stansiyalarında iş rejimi dəyişdiriləcək.

Sentyabrın 24-dən 26-dək “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında sərnişinlərə xidmət gücləndirilmiş rejimdə həyata keçiriləcək.

3 stansiya gecə saat 01:00-dək işləyəcək

Bildirilib ki, həmin stansiyalarda növbətçilik cədvəlinə uyğun olaraq əlavə işçi qüvvəsi cəlb olunacaq.

Sentyabrın 24-dən 25-nə və 25-dən 26-na keçən gecələr “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında sərnişinlərin girişinə saat 01:00-dək icazə veriləcək.

Eyni zamanda, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkəti əvvəlki qaydada təşkil olunacaq.

Qırmızı xəttin digər stansiyaları isə hər iki gün saat 00:00-da fəaliyyətini dayandıracaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir