18 yaşlı gənc 13-cü mərtəbədən yıxılaraq öldü

18 yaşlı gənc 13-cü mərtəbədən yıxılaraq öldü

Bakının Yasamal rayonunda 18 yaşlı gənc çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 14 radələrində Hüseyn Cavid prospekti 81 ünvanında qeydə alınıb.

Salyan rayon sakini, 18 yaşlı Ş.Atayev binanın 13-cü mərtəbəsində yerləşən giriş eyvanından yerə düşüb.

Gənc aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə vəfat edib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir