Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, Q.Qarayev prospektində naməlum şəxs Bakı sakininə hücum edərək onu döyüb. Daha sonra zərərçəkənin 960 manat pulunu və içərisində mobil telefonla iki bank kartı olan çantasını götürərək hadisə yerindən uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov olduğu müəyyən edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

