İlham Əliyev Qırğızıstan Prezidenti və xalqını təbrik edib

İlham Əliyev Qırğızıstan Prezidenti və xalqını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Prezident Sadır Japarova və qardaş Qırğızıstan xalqına təbrik məktubu göndərib.

“Xəbər Yerində” xəbər verir ki, dövlət başçısı təbrikində Qırğızıstanın Sadır Japarovun rəhbərliyi ilə dövlətçilik, sosial-iqtisadi inkişaf və quruculuq sahələrində mühüm nailiyyətlər əldə etdiyini bildirib.

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə

İlham Əliyev iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin son illərdə inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlməsini məmnunluqla qeyd edib.

Prezident son dövlət səfərinin Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb.

Dövlət başçısı əlaqələrin və müttəfiqliyin xalqların maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

İlham Əliyev Sadır Japarova möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Qırğızıstana isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir