DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraitində yollarda təhlükəsiz hərəkətlə bağlı sürücülərə xəbərdarlıq edib.

“Xəbər Yerində” xəbər verir ki, DYP-nin müraciətində bildirilib ki, yağıntı zamanı yolun sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və avtomobilin tormoz məsafəsinin uzanması qəza riskini artırır.

Sürücülərə vacib tövsiyələr

DYP yağış zamanı sürücülərə:

  • hərəkət sürətini hava və yol şəraitinə uyğun azaltmağı;
  • qarşıdakı avtomobillə məsafəni artırmağı;
  • kəskin manevrlərdən uzaq durmağı;
  • qəfil tormozlamadan çəkinməyi tövsiyə edib.

İdarə bildirib ki, yol nişanında göstərilən maksimal sürət həddi hər hava şəraitində həmin sürətlə hərəkətin təhlükəsiz olduğu anlamına gəlmir.

“Yağışlı havada sürəti azaltmaq sadəcə ehtiyat tədbiri deyil, təhlükəsizliyin əsas şərtlərindən biridir”, – müraciətdə vurğulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir