Almaniyada maaşını ala bilmədiyini iddia edən 44 yaşlı azərbaycanlı müdirini qaçırmağa cəhd edib.
Xəbər Yerində xəbər verir ki, hadisə Vutterpal şəhərində baş verib.
Məlumata görə, 44 yaşlı şəxs 35 yaşlı digər azərbaycanlı ilə birlikdə rəhbərini girov götürmək planı hazırlayıb. Lakin hadisə zamanı onun şəriki səhv şəxsi qaçırıb.
Onlar həmin şəxsi bıçaqla hədələyərək zorla avtomobilə mindiriblər. Yol gedərkən avtomobilin dayanmasından istifadə edən zərərçəkmiş qaçmağa nail olub. Hadisə nəticəsində o, yüngül xəsarət alıb.
Məhkəmə hökm çıxardı
Hər iki azərbaycanlı avqustun 28-də Vutterpal şəhərində məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə onları təhlükəli bədən xəsarəti yetirmə və azadlıqdan məhrumetmə əməllərində təqsirli bilərək müvafiq olaraq 1 il 7 ay və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Hadisənin digər detalları açıqlanmayıb.
Mənbə: Qafqazinfo

