Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilir.
“Xəbər Yerində” xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində baş tutur.
Liderlərin görüş zamanı Azərbaycan-İran ikitərəfli münasibətləri, regional məsələlər və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacağı gözlənilir.
Qeyd edək ki, İlham Əliyev avqustun 31-də Qırğızıstana işgüzar səfərə gəlib. Prezidentin Bişkekdə bir sıra dövlət və hökumət başçıları ilə görüşləri keçirilir.







