Xəbər Yerində xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. İlkin məlumata görə, 2011-ci il təvəllüdlü G.Q. (ad şərtidir) avtobusdan düşdükdən sonra yolu keçmək istəyərkən “VAZ-2107” markalı avtomobil onu vurub.
Qəza nəticəsində müxtəlif xəsarətlər alan yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.
Mənbə: Qafqazinfo

