Xəbər Yerində xəbər verir ki, sosial şəbəkələrdə Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçası ilə bağlı ciddi iddia yayılıb.
İddialara görə, bağçaya gedən uşaqlardan birinin davranışlarında son günlər anlaşılmaz dəyişikliklər müşahidə olunub. Bundan sonra ailəsi uşağı həkimə aparıb və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin aşkarlandığı bildirilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, yayılan məlumatlarla əlaqədar araşdırma aparılır.
İdarədən qeyd olunub ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi açıqlanıb.
Qeyd: Hazırda uşağın qanında psixotrop maddənin məhz bağçada verildiyini təsdiqləyən rəsmi məlumat yoxdur. Faktın hansı şəraitdə baş verdiyi aparılan araşdırmadan sonra müəyyənləşəcək.
Mənbə: Unikal.az

