Putin çıxış edirdi, Peskov isə kameraya belə düşdü – GÖRÜNTÜLƏR

Putin çıxış edirdi, Peskov isə kameraya belə düşdü – GÖRÜNTÜLƏR

Xəbər Yerində xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxış edib.

Putinin çıxışı zamanı diqqətçəkən anlardan biri də Kremlin mətbuat katibi Dmitri Peskovla bağlı olub. Jurnalistlərin kameralarına düşən görüntülərdə Peskovun Rusiya liderinin çıxışı zamanı gözlərinin yumulduğu və yuxulamağa başladığı görünüb.

Həmin anlar sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Qeyd edək ki, Putin sammitə Rusiyanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ilə qatılıb. Heyətdə Dmitri Peskovla yanaşı, Baş nazirin müavini Aleksey Overçuk, xarici işlər naziri Sergey Lavrov və digər rəsmilər də yer alıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir