Hadisə avqustun 22-də Tbilisi prospektində baş verib.
“Xəbər Yerində” xəbər verir ki, hadisə avqustun 22-də saat 10 radələrində Tbilisi prospekti 1054 ünvanının qarşısında qeydə alınıb.
1969-cu il təvəllüdlü Bakı sakini Həsən Xəlilov idarə etdiyi skuterdən yıxılaraq ağır xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və H.Xəlilov sentyabrın 1-də müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

