Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi Moskvanı deyil, ilk növbədə İrəvanın özünü və vətəndaşlarını çətin vəziyyətə sala bilər.
“Xəbər Yerində” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova mümkün viza məhdudiyyətlərinin iki ölkə arasında əlaqələrə, eləcə də ailə və qohumluq münasibətlərinə təsir göstərəcəyini deyib.
“Əgər Ermənistan viza tətbiq etsə, bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı etmiş olacaq”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, belə bir qərar Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarının da maraqlarına toxunacaq.
Hazırda Rusiya ilə Ermənistan arasında vətəndaşların qarşılıqlı səfərlərinə imkan verən vizasız rejim mövcuddur. Bu rejim iki ölkə arasında 2000-ci ildə imzalanmış sazişlə tənzimlənir.

