Trampın oğlu yeni ABŞ pasportunu göstərdi – baxın, içərisində kimin fotosu var

Trampın oğlu yeni ABŞ pasportunu göstərdi – baxın, içərisində kimin fotosu var

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp ölkədə böyük maraq doğuran yeni xüsusi buraxılış pasportunu nümayiş etdirib.

“X” platformasında video paylaşan Erik Tramp poçtla yeni pasportunun gəldiyini bildirib və sənədi izləyicilərinə göstərib. O, pasportu bəyəndiyini vurğulayıb.

Sənədin daxili səhifələrindən birində Donald Trampın ciddi görkəmdə masa üzərinə söykəndiyi foto yerləşdirilib. Prezidentin imzası da qızılı rəngdə həmin səhifədə əks olunub. Foto ABŞ-nin 1776-cı il İstiqlaliyyət Bəyannaməsinin mətni fonunda təqdim edilib. Qarşı səhifədə isə Bəyannamənin imzalanması səhnəsini əks etdirən təsvir yer alır.

“Patriot Passport” adlandırılan bu xüsusi dizayn ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə məhdud sayda hazırlanıb. Pasportda yubileyi simvolizə edən “250” işarəsi də yer alır.

ABŞ Dövlət Departamentinin daha əvvəl açıqladığı məlumata görə, xüsusi buraxılış pasportları məhdud sayda olacaq. Vaşinqtonda yerləşən pasport agentliyinə şəxsən müraciət edənlər üçün bu dizayn təqdim edilir, digər müraciət kanallarında isə mövcud pasport dizaynı qorunur.

Yeni pasportun diqqət çəkən məqamlarından biri də ABŞ tarixində ilk dəfə fəaliyyətdə olan prezidentin ölkənin pasportunda təsvirinin yer almasıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir