Şağanda piyadanı avtomobil vurub öldürdü

Şağanda piyadanı avtomobil vurub öldürdü

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan dairəsindən Buzovnaya gedən avtomobil yolunun Şağan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu keçən qadını vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir