Oğlunun ölümündən 19 gün sonra atası da dünyasını dəyişdi

Oğlunun ölümündən 19 gün sonra atası da dünyasını dəyişdi

Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılovun ailəsində daha bir ağır itki yaşanıb.

Xəbər Yerində xəbər verir ki, avqustun 16-da 41 yaşında ürək tutması nəticəsində qəfil dünyasını dəyişən Nicat İsmayılovun atası Əli İsmayılov da vəfat edib.

Bərdə şəhər sakini olan Əli İsmayılovun oğlunun ölümündən cəmi 19 gün sonra həyatını itirdiyi bildirilir.

Məlumata görə, ata da oğlu kimi qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Nicat İsmayılov vəfatından bir neçə gün əvvəl Bərdə rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin edilmişdi.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir