Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində qeyri-adi insident baş verib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Videoda bir qadının idarə etdiyi avtomobillə qarşısındakı maşına çırpıldığı, daha sonra isə avtomobildən düşərək həmin nəqliyyat vasitəsinə zərbələr endirdiyi görünür.
Qadının avtomobilin şüşələrini sındırmağa çalışdığı da görüntülərdə əks olunub.
İlkin iddialara görə, hücuma məruz qalan avtomobil qadının həyat yoldaşına məxsusdur.
Əldə olunan məlumata əsasən, hüquq-mühafizə orqanları hadisədən xəbərdardır. İnsidentdə iştirak edən qadın artıq araşdırma ilə əlaqədar polis şöbəsinə dəvət olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

