Xəbər Yerində xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı danışıqlar nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Moskvada görüşüb.
Kremlində keçirilən görüş 3 saatdan çox davam edib. Danışıqlar başa çatdıqdan sonra Uitkoff və Kuşnerin kortejləri prezident iqamətgahını tərk edib.
Qeyd olunur ki, bu, Putinin Stiv Uitkoffla səkkizinci görüşüdür. Cared Kuşner isə Ukrayna ilə bağlı nizamlanma müzakirələrində üçüncü dəfə iştirak edir.
Moskvadakı görüşdən sonra amerikalı nümayəndələrin danışıqları davam etdirmək məqsədilə Kiyevə yollanacağı bildirilir.

