Naxçıvanda dörd avtomobil toqquşdu – iki nəfər yaralandı

Naxçıvanda dörd avtomobil toqquşdu – iki nəfər yaralandı

Xəbər Yerində xəbər verir ki, Naxçıvan–Şahbuz magistralında zəncirvari yol qəzası baş verib.

Hadisə zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı dörd avtomobil bir-birinə çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralanan Gülər Bayramova və Fidan Abdullazadə tibbi yardım üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir