“44” üçün geri sayım başladı: Premyera tarixi açıqlandı

“44” üçün geri sayım başladı: Premyera tarixi açıqlandı

Azərbaycanın yeni bədii filmi “44” oktyabrın 1-də tamaşaçı qarşısına çıxacaq.

Filmin ilk nümayişi Heydər Əliyev Mərkəzində baş tutacaq. Bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov məlumat yayıb.

Premyeradan sonra ekran əsərinin ölkə üzrə kinoteatrlarda nümayişinə başlanılacaq.

“44” filmi üçün 12 tizer hazırlanıb. Onların yaxın həftələrdə növbə ilə yayımlanması nəzərdə tutulur. İlk tizerin sabah təqdim ediləcəyi bildirilib.

Filmin rəsmi posterləri də artıq təqdim olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir