Çinin Çenqdu şəhərində pilotsuz metro qatarlarında çalışan “maşinistlərin” işi olduqca qeyri-adi görünür.
Onların əsas vəzifəsi kabinədə oturaraq ətrafı izləməkdir. Lakin iş vaxtı telefondan istifadə etmək, başqa işlərlə məşğul olmaq və diqqəti yayındıra biləcək hər hansı fəaliyyətlə məşğul olmaq qəti şəkildə qadağandır.
Bu əməkdaşların kabinədə saxlanılmasının əsas səbəbi isə sərnişinlərin təhlükəsizlik hissini artırmaqdır. Pilotsuz qatarlara hələ tam öyrəşməyən bəzi sərnişinlər kabinədə insan gördükdə özlərini daha rahat hiss edirlər.

