Aktyor Corc Qafarov bir neçə gün əvvəl baş tutan nişan mərasimindən fotolarını sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşımında 7 yaşından etibarən onu böyüdən və həyatında xüsusi rol oynayan ailə ilə bağlı duyğusal fikirlərini bölüşüb.
Aktyor bildirib ki, uşaqlıq illərində küçədə və uşaq evində yaşadığı çətin dövrdə həmin ailə ona sahib çıxıb, xoşbəxt uşaqlıq yaşadıb və şəxsiyyət kimi formalaşmasına böyük töhfə verib.
“Bu ailə mənim üçün ailədən üstün oldular. Hər uşağın yaşaya bilməyəcəyi həyatı yaşatdılar mənə. Düşünürəm ki, onlar Allah tərəfindən mənə göndərilmiş mələklər oldular”, – deyə Corc Qafarov yazıb.
O, həmin ailənin yaxşılıqlarını uzun illər ictimaiyyətə açıqlamadığını da qeyd edib və onlara təşəkkürünü bildirib.
Aktyor paylaşımının sonunda ailənin yeni dünyaya gələn övladlarına xoşbəxt həyat arzulayıb.
Mənbə: Axşam.az





