Tovuzda iki VAZ toqquşdu – sürücü yaralandı-FOTO

Tovuzda iki VAZ toqquşdu – sürücü yaralandı-FOTO

Xəbər Yerində xəbər verir ki, Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində avtomobillərdən birinin 40 yaşlı sürücüsü Coşqun Zeynalov yüngül xəsarət alıb. O, təcili tibbi yardım avtomobili ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hazırda stabildir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri və digər hallar araşdırılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir