Xəbər Yerində xəbər verir ki, müəllimlərin işini asanlaşdırmaq məqsədilə süni intellekt əsaslı xüsusi platformanın yaradılması təklif edilib.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib ki, belə platforma vasitəsilə hər müəllim özünə fərdi süni intellekt assistenti yarada bilər.
Onun sözlərinə görə, müəllimlərin süni intellekt texnologiyalarından səmərəli istifadə etməsi üçün xüsusi təlimlər təşkil etmək mümkündür.
M.Abbaszadə qeyd edib ki, texnologiyanın inkişafı müəllimlərin iş prosesində yeni imkanlar yaradır. O, şəxsi təcrübəsindən danışaraq bildirib ki, 1988-ci ildə mühazirə oxumağa başladığı vaxt Azərbaycan dilində peşəkar terminlərdən istifadə etməkdə çətinlik çəkib və bu məsələdə anasından kömək alıb.
DİM sədri vurğulayıb ki, hazırda müəllimlərin də iş prosesində onlara dəstək olacaq süni intellekt assistentlərindən istifadə etməsi mümkündür.
Mənbə: Qafqazinfo

