Həmidə Ömərova seçkidən narazı qaldı: “Mənə söz verilmədi”

Həmidə Ömərova seçkidən narazı qaldı: “Mənə söz verilmədi”

Xəbər Yerində xəbər verir ki, Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqına keçirilən sədr seçkisinin təşkili ilə bağlı narazılığını ifadə edib.

Sənətçi “APA TV”yə açıqlamasında bildirib ki, müstəqil platformanın nümayəndəsi kimi konfrans zamanı çıxış etmək və mövqeyini bildirmək imkanı əldə edəcəyini düşünüb. Lakin onun sözlərinə görə, buna şərait yaradılmayıb.

H.Ömərova qeyd edib ki, yalnız özünün deyil, onun namizədliyini dəstəkləyən şəxslərin də fikirlərini səsləndirməsinə imkan verilməyib.

Xalq artisti buna baxmayaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqının inkişafına bundan sonra da töhfə verməyə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən gün keçirilən konfransda Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Həmidə Ömərova da sədrliyə namizədlər arasında olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir