Xəbər Yerində xəbər verir ki, Qarabağa səfər edən diplomatik korpusun nümayəndələri səfərin ikinci günündə Ağdərə rayonunda yerləşən Gəncəsər Monastır Kompleksinə baş çəkiblər.
Qafqaz Albaniyasının dini və mədəni irsinin mühüm nümunələrindən olan kompleksin işğal dövründə erməni vandalizminə məruz qaldığı bildirilib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev monastırda nümayiş etdirilən və qədim erməni kitabları kimi təqdim olunan nümunələrin saxta olduğunu nümayiş etdirib.
O, kitabların səhifələrini diplomatik nümayəndələrə göstərərək, yalnız bir səhifədə mətn və təsvirin olduğunu, digər səhifələrin isə tamamilə boş qaldığını bildirib.

