Xəbər Yerində xəbər verir ki, Milli Məclis Azərbaycan ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətlərinə dair müqaviləni təsdiqləyəcək.
Məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bununla yanaşı, iclasın gündəliyində Azərbaycan və Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişin təsdiqlənməsi ilə bağlı qanun layihəsi də yer alıb.
Komitə üzvləri həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması ilə bağlı 2022-ci ildə imzalanmış sazişə dəyişiklikləri nəzərdə tutan ikinci əlavə sazişin təsdiqi məsələsini müzakirə ediblər.
Mənbə: Unikal.az

