Xəbər Yerində xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində rəhbər heyətlə bağlı dəyişiklik baş verib.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudovun müşaviri Cavid Abdullayev tutduğu vəzifədən azad edilib.
Bu dəyişiklikdən sonra Agentlik sədrinin müşavirlərinin sayı üç nəfər olub.
Abdullayevin vəzifədən azad edilməsinin səbəbi barədə məlumat verilməyib.
Mənbə: Unikal.az

