Zelenskidən şok iddia: Rusiya prezident təyyarəsinə iki dəfə hücum edib

Zelenskidən şok iddia: Rusiya prezident təyyarəsinə iki dəfə hücum edib

Xəbər Yerində xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son həftələrdə onun olduğu təyyarəyə iki dəfə hücum etməyə cəhd etdiyini iddia edib.

Zelenski bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, prezident təyyarəsi Moldovada olarkən Rusiyanın bu ölkəyə hücumu baş verib. Zelenski bildirib ki, Kişinyov üzərindən Ukraynaya qayıdarkən oxşar hadisə yenidən təkrarlanıb.

Ukrayna lideri hesab edir ki, bu cür addımlar Rusiya tərəfindən həm onun, həm də digər ölkələrin liderlərinin qorxudulmasına hesablanmış strategiyanın bir hissəsidir.

Zelenski həmçinin xarici nümayəndə heyətlərinin olduğu sərnişin qatarına PUA zərbəsi endirilməsi barədə danışıb. O, qatarda avropalılarla yanaşı, amerikalıların da olduğunu bildirib.

Rusiya tərəfinin Zelenskinin səsləndirdiyi iddialara münasibəti açıqlanmayıb.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir