Xəbər Yerində xəbər verir ki, Kəbəni ziyarət edən Qalatasaray azarkeşinin etdiyi dua sosial mediada diqqət çəkib.
Azarkeş dua zamanı əzəli rəqibi Fənərbağçanı da dilə gətirib. O, rəqib komandanın uzun illər çempion olmamasını arzulayaraq, “Fənərbağça 20 il də çempion ola bilməsin, onlara çempionluq üzü göstərmə, Ya Rəbbim” deyib.
Azarkeşin Kəbədə etdiyi dua zamanı futbol rəqabətinə də yer verməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

