Hakan Fidan: “Bakının işğaldan azad edilməsinin ildönümündə Azərbaycanda olmaq gözəl təsadüfdür”

Hakan Fidan: “Bakının işğaldan azad edilməsinin ildönümündə Azərbaycanda olmaq gözəl təsadüfdür”

Xəbər Yerində xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın paytaxtının işğaldan azad edilməsinin 108-ci ildönümündə ölkəmizə səfər etməsini “gözəl bir təsadüf” adlandırıb.

Fidan səfərin yekunları ilə bağlı “X” hesabında paylaşım edərək Azərbaycanın Türkiyənin qardaş və müttəfiqi olduğunu, qlobal və regional problemlər qarşısında iki ölkənin əməkdaşlıq və həmrəylik nümayiş etdirdiyini bildirib.

Türkiyəli nazir səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini, xarici işlər naziri Ceyhun Bayramovla isə geniş müzakirələr apardığını qeyd edib.

Onun sözlərinə görə, görüşlərdə regiondakı böhranlar, Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması, həmçinin Türk dünyasının gələcəyi müzakirə edilib.

Fidan iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat sahəsində birgə layihələr, eləcə də təhlükəsizlik üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını vurğulayıb.

Nazir bölgədə bir sıra problemlərin mövcud olduğu bir vaxtda Türkiyə və Azərbaycanın “iki sabitlik adası” olduğunu bildirib. O, Ankara ilə Bakının əməkdaşlığı daha da dərinləşdirəcəyini və ortaq məqsədlər naminə birgə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir