Azərbaycanda internet tarifləri dəyişir: 18 manatlıq paketlər 25 manata qalxacaq

Azərbaycanda internet tarifləri dəyişir: 18 manatlıq paketlər 25 manata qalxacaq

Xəbər Yerində xəbər verir ki, oktyabrın 1-dən Azərbaycanda aylıq ödənişi 18 manat və ya daha aşağı olan bəzi sabit internet tariflərinin 25 manatlıq vahid minimum tarifə keçirilməsi gözlənilir.

Məlumata görə, dəyişiklik yalnız genişzolaqlı sabit internet xidmətlərinə aid olacaq. Mobil rabitə və mobil internet paketləri yeni qaydalardan təsirlənməyəcək.

Bildirilir ki, tariflərin vahidləşdirilməsi telekommunikasiya infrastrukturunun inkişafı siyasəti ilə əlaqələndirilir. Dəyişiklik nəticəsində minlərlə abunəçinin aylıq internet ödənişinin artacağı gözlənilir.

Bəzi provayderlərin yeni tarif paketlərində daha yüksək internet sürəti və əlavə xidmətlər təqdim edə biləcəyi qeyd olunur. Operatorların müştəriləri qarşıdakı dəyişikliklərlə bağlı mərhələli şəkildə məlumatlandırdığı bildirilir.

Qeyd edək ki, hazırda bəzi alternativ provayderlərin fiber-optik və ADSL xidmətləri arasında aylıq ödənişi 18 manat və ya daha aşağı olan paketlər də mövcuddur.

Mənbə: Milli.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir