Xəbər Yerində xəbər verir ki, antiterror əməliyyatlarının iştirakçısı Kamal Cavadlı döyüşlər zamanı şahidi olduğu yaddaqalan hadisələrdən birini bölüşüb.
AzTV-yə danışan hərbçinin sözlərinə görə, ərazidə axtarış apararkən gözlənilməz mənzərə ilə qarşılaşıblar.
O bildirib ki, ərazidə düşmənin terrorçu qruplaşmaları zərərsizləşdirildikdən sonra evlərin birindən yaşlı qadının səsi eşidilib.
“Evə daxil olanda yaşlı qadının çarpayıda köməksiz vəziyyətdə uzandığını gördük. Məlum oldu ki, doğmaları onu orada qoyub gediblər. Biz ona yaxınlaşaraq narahat olmamasını söylədik. Bildirdik ki, bizim mülki insanlarla heç bir problemimiz yoxdur və ona zərər verməyəcəyik. Həmçinin onu oradan çıxarıb müalicə etdirəcəyimizi dedik”, – deyə Kamal Cavadlı xatirəsini bölüşüb.

