Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın tanınmış keçmiş futbolçusu İsgəndər Cavadovun təltif olunması ilə bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği istiqamətində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, İsgəndər Cavadov sentyabrın 20-də 70 yaşını qeyd edəcək.

