17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi endirdi – vəziyyəti açıqlandı

17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi endirdi – vəziyyəti açıqlandı

Xəbər Yerində xəbər verir ki, Bakının Suraxanı rayonunda çoxsaylı bıçaq xəsarətləri alan qadının vəziyyəti açıqlanıb.

Məlumata görə, hadisə sentyabrın 18-də Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib. 1981-ci il təvəllüdlü D.Qurbanovanın 17 yaşlı oğlu tərəfindən bıçaqlandığı bildirilir. İlkin məlumatlarda yeniyetmənin anasına 12 bıçaq zərbəsi endirdiyi qeyd olunub.

Xəsarət alan qadına əvvəlcə Travmatologiya və Ortopediya İnstitutunda ilkin tibbi yardım göstərilib. Yaraları tibbi qaydada işlənərək tikilib və sarğı qoyulub. Daha sonra qadın akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilib.

Qadının vəziyyəti qənaətbəxşdir

Mərkəzdən bildirilib ki, qadın sentyabrın 18-də saat 20:30 radələrində yuxarı ətraflarının çoxsaylı bıçaq yaraları ilə tibb müəssisəsinə müraciət edib. Müayinədən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı 17 yaşlı Ş.Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fakt üzrə araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir