Xəbər Yerində xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.
İqtisadiyyat.az-ın məlumatına görə, nazir Anar Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Aysel İbayeva yeni vəzifəsinə qədər 10 il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinə rəhbərlik edib.
O, 2011-2016-cı illərdə isə “PAŞA Sığorta” ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində çalışıb.

