Gənc stomatoloq əməliyyatdan sonra vəfat etdi – Ona 80 nəfərə yaxın şəxs qan verib

Gənc stomatoloq əməliyyatdan sonra vəfat etdi – Ona 80 nəfərə yaxın şəxs qan verib

Xəbər Yerində xəbər verir ki, avqustun 31-də Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev həyatını itirib.

“Qafqazinfo”nun məlumatına görə, həkim-stomatoloq olan Şahin Tağıyev əməliyyatdan sonra səhhətində yaranan ağırlaşmalar nəticəsində vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, gənc həkim avqustun son günündə Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemlə əlaqədar əməliyyat olunub. Lakin cərrahi müdaxilədən sonra vəziyyəti ağırlaşıb və o, müalicəsini davam etdirmək üçün özəl klinikalardan birinə köçürülüb.

Reanimasiyada müalicə alıb

Məlumata əsasən, Şahin Tağıyev daxili qanaxma və digər ağırlaşmalar səbəbindən uzun müddət reanimasiyada saxlanılıb.

Onun həyatını xilas etmək üçün qan ehtiyacı yaranıb və təxminən 80 nəfər gənc həkimə qan verib. Yaxınlarının bütün səylərinə və göstərilən tibbi yardıma baxmayaraq, Şahin Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Tanınmış stomatoloq-implantoloq olub

Qeyd edək ki, Şahin Tağıyev Naxçıvan Dövlət Universitetinin ilk “Stomatologiya” ixtisası məzunlarından biri olub.

O, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən tanınmış klinikalarda stomatoloq-implantoloq kimi çalışıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir