Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyənin məşhur aktrisası Hande Erçel İtaliyanın Milan şəhərində təşkil olunan nüfuzlu moda tədbirində iştirak edib.
Aktrisa tədbir zamanı nümayişi ön sıradan izləyib. Hande Erçelin tül və korset detalları ilə hazırlanan ağ libası gecənin diqqət çəkən görüntüləri arasında olub.
Cennifer Lopezlə görüşdü
Tədbirin ardından Hande Erçel dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopezlə görüşüb.
İki məşhur birlikdə foto çəkdirərək həmin anı ölümsüzləşdiriblər. Onların fotosu sosial mediada da diqqət çəkib.






