Serenay Sarıkaya Parisdə podyuma çıxdı: 528 min manatlıq geyimi diqqət çəkdi

Serenay Sarıkaya Parisdə podyuma çıxdı: 528 min manatlıq geyimi diqqət çəkdi

Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya Paris Moda Həftəsi çərçivəsində keçirilən möhtəşəm tədbirdə dünya ulduzları ilə eyni podyumu bölüşüb.

Xəbər Yerində “Haberler”ə istinadən xəbər verir ki, 34 yaşlı aktrisa siması olduğu markanın elçisi kimi Paris Moda Həftəsində təşkil olunan “Le Défilé” tədbirində podyuma çıxıb.

Eyfel qülləsi fonunda podyuma çıxdı

Eyfel qülləsi mənzərəli Place Joffre-də keçirilən dəfilədə Serenay Sarıkaya qızılı tonlarda, saçaq detallı və parlaq libas geyinib.

Aktrisanın seçdiyi geyimin qiyməti də diqqət çəkib. Məlumata görə, libasın dəyəri 9 min 496 avro təşkil edir. Bu məbləğ günün məzənnəsi ilə təxminən 528 min TL-yə bərabərdir.

Podyumdakı görüntüləri sosial şəbəkələrdə gündəm oldu

Sarıkaya podyumda rahat davranışları, yüksək enerjisi və gülümsəməsi ilə diqqət çəkib. O, yürüş zamanı bir neçə dəfə əlini saçlarına aparıb və özünəinamlı görüntüsü ilə izləyicilərin marağına səbəb olub.

Aktrisanın podyum performansından görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Paylaşımların altında Sarıkayanın görünüşü və səhnə davranışı ilə bağlı çoxsaylı müsbət rəylər yazılıb.

İstifadəçilər onun haqqında “Bambaşqa, rəqibi yoxdur”, “İnanılmaz dərəcədə sevirik”, “Aura dedikləri şey məhz budur” və “Gözəllər gözəli” kimi şərhlər yazıblar.

Dünya ulduzları ilə eyni podyumda

Serenay Sarıkayanın iştirak etdiyi dəfilə yalnız onunla deyil, dünya şöhrətli simaların iştirakı ilə də diqqət çəkib.

Tədbirdə Kendall Jenner, Cara Delevingne, Kristen Bell, Jane Fonda, Eva Longoria, Simone Ashley və Andie MacDowell kimi məşhur ulduzlar da podyuma çıxıblar.

Sarıkaya son olaraq “Kimlər Geldi Kimler Geçti” serialı ilə tamaşaçıların qarşısına çıxıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir