Qaxda sürücülük hüququ olmayan 18 yaşlı gənc qəza törətdi: 17 yaşlı sərnişin öldü – VİDEO

Qaxda sürücülük hüququ olmayan 18 yaşlı gənc qəza törətdi: 17 yaşlı sərnişin öldü – VİDEO

“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Qax şəhərində bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində qeydə alınıb.

Sürücülük hüququ və etibarnaməsi olmayıb

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 18 yaşlı Kamran Məmmədov sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Opel” markalı avtomobillə qəza törədib.

İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub. İdarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

17 yaşlı sərnişin hadisə yerində ölüb

Qəza nəticəsində avtomobildə sərnişin kimi olan 17 yaşlı Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Digər sərnişinlər – Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmadan avtomobil idarə edilməsinin ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İdarə sürücülük hüququ olmayan şəxslərə avtomobil verilməməsinə və yol hərəkəti qaydalarına ciddi əməl olunmasına çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir