“Xəbər Yerində” xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində restoranda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 140 kvadratmetr olan restorandakı yanğın qısa müddətdə söndürülüb. Alovun binaya yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində restoranın salon hissəsinin 60 kvadratmetr sahəsi yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Obyektin digər hissələri və yaşayış binası yanğından mühafizə olunub.

