Oğlu minaya düşdü, atası onu görməyə getdi – Özü də minaya düşdü

Oğlu minaya düşdü, atası onu görməyə getdi – Özü də minaya düşdü

Cəbrayılda minaya düşən ata və oğul Aprel döyüşləri şəhidinin ailə üzvləridir

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün iki mina hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumata görə, bir müddət əvvəl həmin ərazidə minaya düşən 2000-ci il təvəllüdlü Qəhrəmanov Orxan Əşrəf oğlunun atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu hadisə yerinə daxil olaraq piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Əşrəf Qəhrəmanov da xəsarət alıb.

Ata və oğul şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir

Dağmaşanlı kəndi ərazisində baş verən iki mina hadisəsində xəsarət alan şəxslərin Aprel döyüşləri şəhidi Ruhin Qəhrəmanovun ailə üzvləri olduğu məlum olub.

Belə ki, minaya düşərək xəsarət alan Orxan Qəhrəmanov şəhid Ruhin Qəhrəmanovun qardaşı, Əşrəf Qəhrəmanov isə atasıdır.

Məlumata görə, Orxan Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oğlunun minaya düşdüyünü və xəsarət aldığını öyrənən Əşrəf Qəhrəmanov daha sonra həmin əraziyə gedib. Bu zaman o da piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, tanımadıqları ərazilərə daxil olmamağa və çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir